Xameneinin yerinə oğlu seçildi


Mərhum Ali Lider Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei Ekspertlər Şurasında baş tutan səsvermədə səslərin böyük əksəriyyəti ilə yeni lider seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Pars Today” qəzeti məlumat yayıb.
Gilan əyalətindəki Ekspertlər Şurasının nümayəndəsi Ayətullah Aşqori bildirib ki, İranın yeni Ali Liderinin soyadı Xamenei olaraq qalacaq.
Qeyd edək ki, İran konstitusiyasına görə, 88 üzvdən ibarət Ekspertlər Şurası ölkənin ali liderini seçmək səlahiyyətinə malikdir.
Xatırladaq ki, İrana 37 il rəhbərlik edən Xamenei 28 fevralda ABŞ-İsrail təyyarələrinin Tehrana endirdiyi zərbə nəticəsində öldürülüb.
İsrail Müdafiə Qüvvələri (İMQ) daha əvvəl açıqlama verərək, İranın Ali Liderinin hər hansı bir varisini məhv edəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top