Makron İlham Əliyevə zəng vurdu – Dəstəyini ifadə etdi


Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib.
Yeniavaz.com
xəbər verir ki, Fransa Prezidenti İranın Azərbaycana hava hücumu ilə əlaqədar ölkəsinin Azərbaycanla həmrəyliyini və dəstəyini ifadə edib.
Emmanuel Makron, həmçinin İrandakı Fransa vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyyəsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.
Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin yenidən canlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top