BƏƏ ilk dəfə İrana zərbə endirdi


Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ABŞ hərbi bazasından bir neçə gün davam edən raket hücumlarından sonra Birləşmiş Ərəb Əmirlikləri ilk dəfə olaraq İranın suyun duzsuzlaşdırılması zavoduna zərbə endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər agentliyi məlumat yayıb.
“Analitiklər qeyd edirlər ki, əməliyyat əsasən simvolik xarakter daşıyır və əsas mahiyyəti xəbərdarlıqdır. Lakin İranın hücumları güclənərsə, BƏƏ hərbi əməliyyatlarda daha fəal iştirak edə bilər”, - nəşr yazır.
Xatırladaq ki, 28 fevraldan bəri ABŞ və İsrail İran ərazisinə hücumlar edir və bu da dağıntılara və insan tələfatına səbəb olub. Buna cavab olaraq İran İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ-nin hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Əli Xamenei və ölkənin digər yüksək vəzifəli şəxsləri həlak olub.
Məlumata görə, İran daha əvvəl BƏƏ də daxil olmaqla, Körfəz ölkələrinə 16 ballistik raket və 117 dron atıb.

DİGƏR XƏBƏRLƏR

Top