
Livan hökumətinin səhiyyə naziri Rakan Nəsrəddinin sözlərinə görə, İsrail ilə toqquşmalarda ölənlərin sayı 394 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə bazar günü keçirilən mətbuat konfransında danışıb.
Nəsrəddin bildirib ki, İsrail ordusunun Livanı bombalaması nəticəsində ölənlər arasında 83 uşaq və 42 qadın da var:
“Doqquz xilasetmə işçisi də həlak olub”.
Qeyd edək ki, Nəsrəddin ötən gün – martın 7-də verdiyi açıqlamda ölü sayısının 294 olduğunu bildirmişdi. Bu isə, son sutka ərzində daha 100 nəfərin ölməsi deməkdir.
Tətbiqimizi yükləyə bilərsiniz