
“Heç kim müharibəni sevmir - bu, dəhşətlidir”.
Yeniavaz.com xəbər verir ki, bunu Tehranda bir qadın BBC-nin Fars xidmətinə danışarkən deyib.
“Amma o iki ay o qədər dəhşətli idi ki, insanlar artıq buna dözə bilmirdilər”, - deyə o, hökumətin bu ilin əvvəlində etirazları zorakılıqla yatırmasına işarə edərək bildirib.
O deyir ki, insanlar işgəncə və cinsi zorakılığın olduğu İslam Respublikasının həbsxanalarında ölməkdənsə, bombardmanlarda ölməyi üstün tutardılar.
“Bəlkə də burada olmayan insanlar üçün bunu anlamaq çətindir. İranlılar müharibəni qızışdıran və ya axmaq deyillər. Lakin onlar o qədər əziyyət çəkiblər və elə bir həddə çatıblar ki, tək istədikləri şey normal bir həyatdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyat başladıblar. Həmin tarixdən etibarən 1000-dən çox mülki şəxs edilən hava hücumları nəticəsində dünyasını dəyişib, daha minlərlə insan yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz