İranda Xameneinin varisinin seçilməsi üçün razılıq əldə olundu


Ekspertlər Şurasının üzvü, ayətullah Məhəmməd Mehdi Mirbaqeri öldürülmüş ali rəhbər Ali Xameneinin varisi ilə bağlı qərarın artıq yaxın olduğuna eyham vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Mirbaqeri bildirib ki, rəhbəri müəyyənləşdirmək istiqamətində böyük səylər göstərilib və qəti və yekdil rəy razılaşdırılıb.
Şuranın digər üzvü Höccətülislam Cəfəri isə ümid etdiyini bildirib ki, bütün İran xalqı mümkün qədər tez razı qalacaq:
“Üçüncü rəhbərin seçilməsinin uzanması hamı üçün acı və arzuolunmazdır və alternativ yoxdur, buna görə də bu çətin dövrdə nümayəndələrimiz barədə pis fikirlərdə olmamalıyıq”
İran Konstitusiyasına görə, ölkənin ali rəhbərini seçmək səlahiyyəti 88 üzvdən ibarət olan Ekspertlər Şurasına məxsusdur. İrana 37 il rəhbərlik etmiş Xamenei fevralın 28-də Tehrana endirilən ABŞ-İsrail zərbəsi nəticəsində öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top