İran ABŞ-nin Küveytdəki helikopter bazasını vurub


İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki Amerika hərbi düşərgəsinə dronlar və ballistik raketlərdən istifadə edərək hücum təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, İranın “Tasnim” agentliyinin yaydığı məlumatda deyilir:
“Bu səhər tezdən SEPAH-ın Hərbi Dəniz Qüvvələri dronlar və ballistik raketlərdən istifadə edərək birgə əməliyyat keçirib və Amerika terrorçularının Əl-Udəyri helikopter bazasını vurub”.
İran tərəfinin məlumatına görə, SEPAH-ınHərbi Dəniz Qüvvələrinin raket bölmələri helikopterlərin texniki xidmət mərkəzlərinə, yanacaq çənlərinə və komandanlıq mərkəzinə dəqiq zərbələr endirib və ciddi ziyan vurub.

DİGƏR XƏBƏRLƏR

Top