Tramp heç bir sübut olmadan qızlar məktəbini İranın bombaladığını deyib


ABŞ Prezidenti Donald Tramp şənbə günü İranın cənubundakı qızlar ibtidai məktəbində 165-dən çox insanın ölümünə səbəb olan hücumda ABŞ-nin iştirakını təkzib edərək, günahı İranın üzərinə atıb.
Yeniavaz.com
“Politico”ya istinadla xəbər verir ki, şənbə günü “Air Force One” təyyarəsində ABŞ-nin 28 fevral hücumunu həyata keçirib-keçirmədiyi soruşulduqda, Tramp heç bir dəlil olmadan “Xeyr, mənim fikrimcə, gördüklərimə əsasən, bunu İran edib” cavabını verib.
Prezidentin yanında dayanan müdafiə naziri Pit Heqset daha ehtiyatlı bir tonda hökumətin hələ də hücumu araşdırdığını söyləyib, lakin əlavə edib ki, “mülki şəxsləri hədəf alan yeganə tərəf İrandır”.
Heqsetin açıqlamasından sonra Tramp bir daha təkrarlayıb:
“Bunu İran edib”.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail qüvvələri Minabdakı qızlar ibtidai məktəbini bombalayıb və nəticədə əksəriyyəti şagirdlər olmaqla 165 nəfər dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top