“Çelsi” Nunyesi transfer etmək istəyir – CO


“Çelsi” Avropaya qayıtmaq istəyən “Əl-Hilal” hücumçusu Darvin Nunyeslə maraqlanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Caught Offside” (CO) nəşri məlumat yayıb.
 Nəşrin məlumatına görə, London klubu 26 yaşlı hücumçunu hücum xəttinə kəskinlik və dərinlik qazandırcaq oyunçu kimi görür.
Nunyesin “Çelsi”yə keçidinə potensial maneə onun həftəlik 400 000 funt sterlinq (460 000 avro) maaşı ola bilər. Lakin hücumçu maaşının azaldılmasına razı ola bilər.
Qeyd edək ki, bu mövsüm Nunyes bütün yarışlarda 24 oyunda meydana çıxıb, doqquz qol vurub və beş məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
“Transfermarkt” portalının məlumatına görə, onun transfer qiyməti 35 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top