Metroda cibgirlik edən şəxs saxlanıldı


Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pul kisəsi və mobil telefonunun oğurlandığını bildirib.
Metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top