
“Qarabağ” klubu 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım azarkeşlərə sürpriz edib.
Yeniavaz.com xəbər verir ki, klub Misli Premyer Liqasının XXIII turu çərçivəsində “Araz-Naxçıvan”la keçiriləcək ev oyununda xanım azarkeşlər üçün stadiona girişin tamamilə pulsuz olacağını elan edib.
Klub bu barədə sosial şəbəkə səhifəsində məlumat verib.
Qeyd edək ki, oyun sabah saat 19:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz