Bu marşrutda da avtobuslar yenilənir


“Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyasını paytaxtın Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslar yenilənir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, marşrut üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, martın 9-dan xətti “BakuBus” MMC istismar edəcək.
Yeni təşkilata uyğun olaraq marşrut xəttində 30 ədəd böyüktutumlu avtobus fəaliyyət göstərəcək. Avtobuslar 5–6 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət edəcək.
Bildirilib ki, avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 0,6 manat müəyyən olunub.

DİGƏR XƏBƏRLƏR

Top