Putin və Pezeşkian telefonla danışdı


Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, İran Prezidenti Rusiya liderinə münaqişənin hazırkı kəskin mərhələsindəki inkişaflar barədə ətraflı məlumat verib.
Telefon danışığı zamanı Rusiyanın İran ətrafındakı hərbi əməliyyatlara dərhal son qoyulmasının və münaqişənin siyasi və diplomatik yolla həllinə qayıdılmasının zəruriliyi barədə prinsipial mövqeyi təsdiqlənib.
Putin həmçinin bununla bağıı Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına daxil olan ölkələrin liderləri ilə daim əlaqə saxladığını qeyd edib.
Söhbətdən sonra Rusiya və İran prezidentləri Moskva ilə Tehran arasında müxtəlif kanallar vasitəsilə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top