Bayramov dron hücumu ilə bağlı Quterreşə məktub ünvanladı


BMT Baş katibi Antonio Quterreş İranın Azərbaycanın Naxçıvan Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi dron hücumlarından narahatdır.
Yeniavaz.com
xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.
“Biz bu hadisədən dərin narahatıq, xüsusilə mülki şəxslərin yaralanması və mülki infrastruktura dəyən ziyana görə. Baş katib yaralananlara şəfa arzulayır”, - Dujarrik deyib.
O bildirib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tərəfindən İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlanıb.
Dujarrikin sözlərinə görə, məktubda dron hücumu barədə məlumat verilib və sənəd BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının üzvləri arasında yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top