
“Yeri gəlmişkən, Kuba tezliklə süqut edəcək. Bu, birbaşa əlaqəli deyil, amma Kuba da süqut edəcək. Onlar həqiqətən də razılaşma əldə etmək istəyirlər”.
Yeniavaz.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu CNN-ə verdiyi müsahibədə bildirib.
Tramp tezliklə ABŞ Dövlət Katibi Marko Rubionu nə baş verəcəyini görmək üçün danışıqlar üçün Kubaya göndərəcəyini bildirib.
Qeyd edək ki, fevralın sonlarında Tramp ABŞ-nin “Kubanı dostcasına ələ keçirə biləcəyini” bildirib.
Kuba hakimiyyəti ABŞ ilə hər hansı rəsmi danışıqları təkzib edib, lakin mediada yayılan qeyri-rəsmi əlaqələrin mövcudluğunu inkar etməyib.
Tətbiqimizi yükləyə bilərsiniz