Hindistan və Şri-Lanka iki İran hərbi gəmisini limanlarına buraxıblar


Hindistan “Lavan” desant gəmisinin Koçi limanına daxil olmasına icazə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Foreign Affairs”in jurnalisti Sidhant Sibal məlumat yayıb.
Onun sözlərinə görə, gəmi ABŞ və İsrailin İranla müharibəyə başladığı 28 fevralda sığınacaq istəyib. “The Times of India” qəzetinin məlumatına görə, heyət texniki problemlər səbəbindən limana daxil olmağı istəyib.
Gəmi martin 1-i icazə alıb və 4 martdan bəri limandadır. 183 nəfərlik heyət dəniz bazasında yerləşdirilib.
Sibalın məlumatına görə, bu, müharibə başlayandan bəri sığınacaq alan ikinci İran hərbi gəmisidir. Martın 4-ü o, bir gəminin Şri-Lankaya sığındığını bildirib. Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Buşehr gəmisinin 204 heyət üzvü Kolombo yaxınlığındakı dəniz bazasında yerləşdirilib.
Qeyd edək ki, martın 4-ü ABŞ Şri-Lanka sahillərində Hind okeanında olan İran freqatı “Dena”nı batırıb. Hücum nəticəsində onlarla dənizçi həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top