
ABŞ-nin Azərbaycandakı səfirliyi İranın Naxçıvana PUA ilə zərbələrini pisləyib və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
“ABŞ İran dronlarının Naxçıvana hücumlarını qətiyyətlə pisləyir, Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə edir. ABŞ-nin Azərbaycandakı səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və xəsarət alanların tezliklə sağalmasını arzulayır”, - paylaşımda bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz