
Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirləri martın 7-də İstanbulda fövqəladə sammit keçirəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçiriləcək:
“İclasda TDT ölkələrinin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri, həmçinin baş katib Kubanıçbek Ömuraliyev iştirak edəcəklər. Görüş zamanı əsas diqqət cari beynəlxalq və regional proseslərə, Türk dünyası ölkələri arasında siyasi dialoqun gücləndirilməsinə, institusional əməkdaşlığın genişləndirilməsinə və birgə təşəbbüslərin təşviqinə yönəldiləcək”.
Tətbiqimizi yükləyə bilərsiniz