
ABŞ Prezidenti Donald Tramp İranın qeyd-şərtsiz təslim olmasını tələb edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ prezidenti sosial şəbəkə hesabında məlumat yayıb.
“İranla heç bir razılaşma olmayacaq - yalnız qeyd-şərtsiz təslim olmaq! İran hökuməti təslim olub yeni böyük və məqbul bir lider seçdikdən sonra ABŞ və tərəfdaşları İranı uçurumdan çıxarmaq və iqtisadiyyatını əvvəlkindən daha böyük, daha yaxşı və güclü etmək üçün yorulmadan çalışacaqlar”, - prezident yazıb.
O, İranın böyük gələcəyinin olduğunu qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz