
Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin dünya bazarlarında satış qiyməti 92,5 dollara yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı məşhur “oilprice.com” portalı yayıb.
Bildirilir ki, son bir gündə “Azeri Light”in qiyməti 1,4% artıb. ABŞ-nin İrana hava hücumlarından əvvəl – fevral ayının 27-də “Azeri Light” neftinin satış qiyməti 79,6 dollar olub.
Portalın məlumatında həmçinin qeyd olunur ki, hazırda WTI markalı neft 85,6, “Brent” markalı neft isə 88,9 dollara satılır. Ən yüksək qiymətə satılan neft isə Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Murban” markalı neftdir. “Murban” neftinin bir bareli 99,5 dollara yüksəlib.
Rusiyanın “Sokol” markalı neftinin qiyməti isə son bir gündə 3% bahalaşaraq 76 dollara çatıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz