Aslan Əliyevin 4,2 milyonluq dəyirmanını 3,6 milyona satışa çıxardılar


Şəmkir rayonu, Füzuli qəsəbəsində yerləşən torpaq sahəsi və üzərindəki əmlak kompleksi hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 1 mərtəbədən ibarət un dəyirmanıdır.
Satışa çıxarılan obyektin sahəsi 2 424,6 kvadratmetrdir. 21 otaqdan ibarət olan obyektin hazırkı hərrac qiyməti 3 milyon 622 min 700 manat təşkil edir. Obyektin bazar dəyərinin isə 4 milyon 262 min manat olduğu qeyd olunub.
Qeyd edək ki, bu obyektdə “Şəmkir Un-Yem” MMC (VÖEN – 8501262411) adlı şirkət fəaliyyət göstərib. Hüquqi ünvanı Şəmkir rayonu, Füzuli qəsəbəsində yerləşən MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əliyev Zeynal Aslan oğlu olan şirkətin hazırda dövlət büdcəsinə 2 milyon 708 min 125 manat 23 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, ötən il mətbuatda yayılan məlumatlara görə, “Şəmkir Un-Yem” MMC-nin sabiq direktoru Əliyev Aslan Zeynal oğlu Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Aslan Əliyev xüsusilə külli miqdar təşkil edən 1 milyon manata yaxın vəsaitin mənimsənilməsində və torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, ittihamlar sübuta yetiriləcəyi təqdirdə, eks-dəyirman direktoru 14 ilədək azadlıqdan məhrum edilə bilər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top