
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Etika, Nəzarət və İntizam Komitəsi “Real Madrid”i qəbuledilməz azarkeş davranışına görə cərimələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Komitənin açıqlamasında cərimənin 15 000 avro olacağı bildirilib.
Həmçinin, cərimənin Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliya təmsilçisi “Benfika” ilə cavab oyunu ilə bağlı tətbiq edildiyi qeyd edilib.
Belə ki, matçda azarkeşlər tərəfindən irqçi və ayrı-seçkilik davranışı halları qeydə alınıb.
Qeyd edək ki, “Real Madrid”in “Benfika” ilə cavab oyunu Madriddə baş tutub və ilk oyunda 1:0 hesablı qələbədən sonra “Real Madrid”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, bundan əvvəl “Real Madrid” azarkeşinin cavab oyunundan əvvəl nasist salamı verdiyinə görə stadiondan qovulduğu bildirilmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz