Nazirlik 124 min manata 282 ədəd katric alır


Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, Maliyyə Nazirliyində yaradılan mərkəzləşdirilmiş printer sistemi üçün 2026-cı il üzrə katriclərin satın alınması ilə bağlı keçirilən tenderin qalibi “Ultra Technologies” MMC (VÖEN –
4600021491) olub.
Nazirlik satın alacağı 282 ədəd katric üçün “Ultra Technologies” MMC-yə  123 min 784 manat 17 qəpik (bir ədədi 439 manat) ödəyəcək.
Məlumat üşün bildirək ki, nizamnamə kapitalı 1000 manat olan “Ultra Technologies” MMC 2000-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci MKR, ev. 45V, m. 48-də yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədzadə Zaur Arif oğludur.
Onu da bildirək ki, “Ultra Technologies” MMC-nin adı 2016-cı ilin fevral ayına kimi “Ultra Computers” Firması olub. 
Onu da bildirək ki, 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilən Tahir Mirkişilinin tərcümeyi halında göstərilir ki, o, 2000–2011-ci illərdə “Ultra Computers” MMC-də mühəndis və direktor vəzifələrində işləyib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top