Nümayəndələr Palatası da Trampın İrana qarşı əməliyyatını dəstəklədi


ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmaq məqsədi daşıyan qanun layihəsini rədd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, bununla da qanunvericilər İranla genişlənən münaqişənin altıncı günündə Respublikaçı prezidentin hərbi kampaniyasını dəstəkləyiblər.
Nümayəndələr Palatasının səsverməsi 219-a qarşı 212 ilə nəticələnib.
Qeyd edək ki, Trampın partiya yoldaşları olan Respublikaçılar Konqresin aşağı palatasında az çoxluğa malikdirlər.
Xatırladaq ki, oxşar qərar bir gün əvvəl ABŞ Senatında da qəbul edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top