
İsrail Hava Qüvvələri İranın mərhum Ali dini lideri Ayətullah Əli Xameneinin yeraltı bunkerini bombalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat və görüntülər yayıb.
“İsrail Hava Qüvvələrinə məxsus 50 qırıcı təyyarə Əli Xameneinin Tehran şəhərində İran rejiminin rəhbərlik kompleksinin altında yerləşən yeraltı hərbi bunkerini dağıdıb”, - məlumatda deyilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İranda genişmiqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyat zamanı İranın Ali dini lideri Ayətullah Əli Xamenei iqamətgahına endirilən zərbələr nəticəsində öldürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz