“Gürcüstan Azərbaycanla Ermənistan arasındakı sülhdən faydalana bilər”


ABŞ Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında vasitəçilik etdiyi sülh razılaşması bütün Cənubi Qafqaz üçün transformativ bir fürsət təqdim edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti “İmedi” telekanalına bildirib.
Telekanalın məlumatına görə, Gürcüstan bu razılaşmanın mümkün etdiyi sabitlik və rifaha həm töhfə verə, həm də ondan böyük fayda əldə edə bilər.
Dövlət Departamenti həmçinin, ABŞ-nin Gürcüstanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün güclü tərəfdarı olaraq qaldığını və Gürcüstanla konstruktiv münasibətlər qurmağı səbirsizliklə gözlədiyini bildirib.
"Biz ikitərəfli münasibətlərimizə, həmçinin, Gürcüstandakı siyasi mühitə təsir edən məsələlərdə Gürcüstan hökuməti ilə əlaqə saxlamaqda davam edəcəyik. Həmçinin, ölkələrimiz arasında münasibətlərin gücləndirilməsi və inkişaf etdirilməsinə sadiqliyini nümayiş etdirmək üçün Gürcüstan hökumətinin ata biləcəyi konkret addımları da nəzərdən keçirəcəyik”, - məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top