
Ötən il Mərkəzi Bankın Müsahibə Komissiyası maliyyə sektorunda rəhbər vəzifələrə təyinatla bağlı daxil olan müraciətləri qiymətləndirib.
Yeniavaz.com Mərkəzi Bankdan verilən məlumata istinadən bildirir ki, il ərzində komissiyaya ümumilikdə 114 müraciət daxil olub. Onlardan 96-sı və ya 84,2 %-i müsbət qiymətləndirilib, 18 müraciət (15,8 %) isə uyğun hesab edilməyib.
Bank sektoru üzrə komissiyaya 48 müraciət təqdim olunub. Bu müraciətlərin 23-ü Müşahidə Şurasına, 25-i isə İcra orqanına (İdarə Heyəti) aid olub. Nəticədə 41 müraciət uyğun hesab edilib. Belə ki, Müşahidə Şurası üzrə 17 namizədin müraciəti qəbul olunub, 6 müraciət isə uyğun sayılmayıb. İcra orqanı üzrə isə 24 müraciət müsbət qiymətləndirilib, 1 müraciət uyğun hesab edilməyib.
Sığorta sektorunda isə ümumilikdə 49 müraciət qeydə alınıb. Bunlardan 28-i Direktorlar Şurasına, 21-i isə İcra orqanına aiddir. Komissiyanın qiymətləndirməsinə əsasən, 42 müraciət uyğun hesab olunub. Direktorlar Şurası üzrə 21 müraciət müsbət qiymətləndirilib, 7 müraciət isə uyğun sayılmayıb. İcra orqanı üzrə təqdim olunan 21 müraciətin hamısı müsbət rəy alıb.
Kapital bazarları sektoru üzrə isə 17 müraciət daxil olub. Bu müraciətlərin 11-i Müşahidə Şurası, 4-ü İdarə Heyəti, 2-si isə direktor vəzifəsi ilə bağlı olub. Ümumilikdə 13 müraciət uyğun hesab edilib. Müşahidə Şurası üzrə 7 müraciət müsbət qiymətləndirilib, 4 müraciət isə uyğun sayılmayıb. İdarə Heyəti və direktor vəzifələri üzrə təqdim olunan bütün müraciətlər uyğun hesab edilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz