“Laporta prezident olmasa, Flik “Barselona”dan gedə bilər”


Joan Laporta yenidən prezident seçilməsə, “Barselona”nın baş məşqçisi Hans-Dieter Flik klubdan ayrıla bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq “X” sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, almaniyalı mütəxəssis “Barselona” ilə müqaviləsini uzatmaqda maraqlıdır.
“Flik şəhəri, klubu və azarkeşləri çox sevir. Bununla belə, məşqçi gələcəyini Joan Laportanın Kataloniya klubundakı mövqeyi ilə əlaqələndirir və komandanın strategiyasını formalaşdırmaq üçün onunla birlikdə işləmək istəyir”, - Plettenberq qeyd edib.
O bildirib ki, əgər Laporta martın 15-də yenidən “Barselona”nın prezidenti seçilməsə, Flik ya yayda, ya da 2027-ci ildə müqaviləsi bitəndə klubdan ayrıla bilər.
Qeyd edək ki, “Barselona” İspaniya çempionatında 26 oyundan sonra 64 xalla turnir cədvəlinə başçılıq edir. Hazırda Kataloniya klubu “Real Madrid”"dən dörd xal irəlidədir.

DİGƏR XƏBƏRLƏR

Top