İtaliya İrandakı səfirliyini bağladı – Heyət Azərbaycana təxliyə edildi


İtaliya İrandakı səfirliyini müvəqqəti olaraq bağlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani bildirib.
Onun sözlərinə görə, bütün diplomatik heyət və onların ailələri, təxminən 50 nəfər, Azərbaycana təxliyə edilib.
XİN rəhbəri təxliyənin təhlükəsizliklə əlaqədar həyata keçirildiyini bildirib.
Eyni zamanda, Tayani İranla diplomatik münasibətlərin qorunub saxlanıldığını və səfirliyin öz funksiyalarını Azərbaycandan yerinə yetirməyə davam edəcəyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top