Maliyyə Nazirliyi Əşrəf Səfərovdan 1 milyon manata ofis icarəyə götürüb


Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, Agentlik tərəfindən qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı keçirilən  tenderin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub.
Nazirlik Əşrəf Səfərova məxsus 1 500 kv. metr qeyri-yaşayış sahəsini 30 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 1 milyon 73 min 10 manat (ayda 35 min 767 manat) ödəyəcək.
Qeyd edək ki, Əşrəf Səfərov daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və “DOST İş Mərkəzi” MMC-nin ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı keçirdiyi tender müsabiqələrinin də qalibi olub. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Əşrəf Səfərova məxsus 3 932 kv. metr qeyri-yaşayış sahəsini 34 ay müddətinə icarəyə götürüb və icrə haqqı olaraq 2 milyon 740 min 604 manat (ayda 80 min 606 manat) ödəyib. “DOST İş Mərkəzi” MMC isə Əşrəf Səfərova məxsus 2 750 kv. metr qeyri-yaşayış sahəsini 24 ay müddətinə icarəyə götürüb və icrə haqqı olaraq 853 min 710 manat (ayda 35 min 571 manat) ödəyib.
Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Əşrəf Səfərov 2014-cü ildən ölkənin aparıcı şirkətlərindən olan “KİA Motors Az” MMC-nin də qanuni təmsilçisi olub. 2024-cü ilin iyul ayında Əşrəf Səfərov “KİA Motors Az” MMC-nin direktoru vəzifəsindən ayrılıb və onun yerinə qardaşı Səfərov Faiq Səxavət oğlu təyin olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top