Tramp İsrail prezidentindən Netanyahunun əfv olunmasını tələb etdi


ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsaak Hersoqdan Baş nazir Benyamin Netanyahuya qarşı məhkəmə istintaqını dərhal dayandırmağı tələb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, Tramp prezidentin fəaliyyətini rüsvayçılıq adlandıraraq və son bir ildəki hərəkətsizliyini əsas gətirərək, Hersoqdan Netanyahunu bu gün əfv etməsini tələb edib.
O, əlavə edib ki, cinayət işi Netanyahunun diqqətini hərbi vəzifələrindən yayındırır.
“Qoy Bibinin (Benyamin Netanyahunun) yeganə problemi İrana qarşı mübarizə olsun”, - Tramp qeyd edib.
Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, İsrail prezidenti son bir il ərzində ona Netanyahunu əfv edəcəyinə dair beş dəfə söz verib.
“Ona deyin ki, mən onu ifşa edirəm. Yaxşı olar ki, bu prezident Netanyahunu dərhal əfv etsin və bundan öz siyasi karyerası üçün təzyiq vasitəsi kimi istifadə etməyi dayandırsın”, - Tramp yekun olaraq bildirib.
Qeyd edək ki, 2016-cı ilin dekabr ayından bəri İsraildə Benyamin Netanyahuya qarşı korrupsiya və qanunsuz lobbiçilik iddiaları ilə bağlı bir neçə cinayət işi başlanıb.
Bu işlər üzrə məhkəmə prosesi isə 2020-ci ilin may ayında start götürüb.

DİGƏR XƏBƏRLƏR

Top