
Müdafiə Nazirliyi “1 nömrəli səfərbərlik” hərbi termininin izahını verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirliyin rəsmi sosial media hesablarında məlumat dərc olunub.
“1 nömrəli səfərbərlik – silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarılır”, - məlumatda deyilir.
Xatırladaq ki, ötən gün İranın Naxçıvana dron hücumundan sonra keçirilən Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin istənilən əməliyyatı keçirməyə hazır olmalı olduğunu vurğulayıb.
“Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”, - Prezident qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz