
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna lideri Volodimir Zelenskinin Ukraynadakı münaqişənin həlli üçün razılığa gəlməsinin vaxtı çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tramp “Politico”ya danışıb.
“Zelenskinin işə başlaması və razılaşması lazımdır”, - Tramp deyib.
O hesab edir ki, Zelenskinin əlində əvvəlkindən daha az kartı qalıb:
“Ukraynada sülhün qarşısını alanın onun olması ağlasığmazdır”.
Həmçinin, ölkə başçısı Rusiya Prezidenti Vladimir Putinin razılığa gəlməyə hazır olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz