Şahbaz Şərif dron hücumları ilə bağlı narahatlığını bildirdi


Pakistan İranın bu gün Azərbaycana qarşı həyata keçirdiyi dron hücumları ilə bağlı ciddi narahatlığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif sosial şəbəkə hesabında məlumat yayıb.
“Qardaş Azərbaycana qarşı edilən hücumlarla bağlı ciddi narahatlığımızı ifadə edirik. Pakistan Azərbaycan rəhbərliyini və xalqını qətiyyətlə dəstəkləyir, vəziyyətin daha da gərginləşməsinə səbəb olan, regional sülh və sabitliyi sarsıdan bu cür pislənilməli hərəkətləri lənətləyir. Biz təmkinli olmağa çağırırıq və gərginliyin azaldılmasının, həmçinin regionda sülh və sabitliyin qorunması üçün dialoq və diplomatiyanın davam etdirilməsinin vacibliyini bir daha vurğulayırıq”, - baş nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top