Ərdoğan Makronla İran ətrafındakı böhranı müzakirə etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı İran ətrafındakı böhranın bölgəyə yayılmasının qəbuledilməz olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisinin kommunikasiya şöbəsi məlumat yayıb.
“Prezident Ərdoğan qeyd edib ki, Türkiyə İrandakı hadisələri yaxından izləyir, mülki vətəndaşların ölümünə görə təəssüflənir və narahatlığını bildirir. O, həmçinin münaqişənin bölgəmizə yayılmasının qəbuledilməz olduğunu vurğulayıb”, - bəyanatda deyilir.
Ərdoğan bildirib ki, İran ətrafındakı münaqişənin uzanması bölgə və bütün dünya üçün qeyri-sabitlik mənbəyi olacaq və Türkiyə diplomatiya üçün əsasları möhkəmləndirmək və danışıqlar prosesini bərpa etmək üçün fəal səylər göstərir:
“Prezident həmçinin qeyd edib ki, bölgəmizdə və qlobal miqyasda münaqişələr NATO üzv ölkələri arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini tələb edir”.
 

DİGƏR XƏBƏRLƏR

Top