
Avropa İttifaqının diplomatiya rəhbəri Kallas İranın Naxçıvana hücumlarını pisləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kaya Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığından sonra məlumat yayıb. .
O, bu hücumların müharibənin Yaxın Şərqdən kənara yayılma ehtimalını artırdığını vurğulayıb:
“Mən bu məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxladım və Avropa İttifaqının Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyini bir daha təsdiqlədim”.
Tətbiqimizi yükləyə bilərsiniz