“Britni Spirs sərxoş vəziyyətdə maşın sürdüyünə görə həbs olundu” − TMZ


“Kaliforniya Yol Patrul Xidmətinin əməkdaşları amerikalı müğənni Britni Spirsi sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs ediblər”.
Yeniavaz.com
xəbər verir ki, TMZ bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə çərşənbə günü yerli vaxtla saat 21:30-da (Bakı vaxtı ilə 5 mart saat 09:30) baş verib. Müğənni təxminən saat 06:00-da (Bakı vaxtı ilə saat 18:00) sərbəst buraxılıb.
2008-ci ildə müğənni narkotik problemləri və ruhi sağlamlığı ilə bağlı narahatlıqlar səbəbindən qismən fəaliyyət qabiliyyəti olmayan elan edilib. 13 noyabr 2021-ci ildə ABŞ məhkəməsi atasının qızı üzərində qəyyumluğuna xitam verilməsi barədə qərar çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top