Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iclasda Ermənistan Prezidenti Vaaqn Xaçatryan, spiker Alen Simonyan və digər rəsmi şəxslər də iştirak ediblər. Bölgədəki təhlükəsizlik vəziyyəti və nəqliyyat kommunikasiyalarının normal fəaliyyətinin təmin edilməsi məsələləri müzakirə olunub.
Xatırladaq ki, Ermənistan bu həftə ərzində artıq 3-üncü iclasını keçirdir. İlk iki iclas fevralın 28-i və martın 1-i keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top