
İranın Azərbaycana hücumu onu sübut edir ki, Tehran vəziyyətə nəzarəti itirib.
Yeniavaz.com xəbər verir ki, bunu İsrail xarici işlər nazirinin müavini Şaren Haskel “X” sosial şəbəkə səhifəsində yazıb.
“Bu gün səhər Azərbaycanda İranın vəziyyətə nəzarəti tamamilə itirdiyinə dair daha bir sübut əldə etdik. Ayətullah rejimi daha bir qonşusunun mülki hava limanına raketlər və pilotsuz uçuş aparatları atdıqda aydın oldu ki, karnaval bitdi, maskalar düşdü”, - o, qeyd edib.
Haskel bildirib ki, Tehran artıq proksi təşkilatların arxasında gizlənmir, əksinə, xaos yaratmaq üçün birbaşa hücum edir.
“Hələ də kənarda qalmağın mümkün olduğunu düşünənlər təhlükəli reallıqla üzləşirlər. Dünya onu dayandırmayana qədər İran dayanmayacaq”, - nazir müavini əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz