“Flamenqo” yeni baş məşqçisini elan etdi


Braziliyanın “Flamenqo” klubu portuqaliyalı məşqçi Leonardo Jardimin əsas komandanın baş məşqçisi təyin olunduğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Braziliya klubu 57 yaşlı Jardimlə 2027-ci ilin dekabr ayına qədər müqavilə imzalayıb.
Leonardo Jardim bundan əvvəl “Sportinq”, “Olimpiakos”,” Monako” və bir neçə başqa komandada məşqçilik edib. Onun rəhbərliyi altında “Monako” Fransa çempionluğunu qazanıb və UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Qeyd edək ki, bir gün əvvəl “Flamenqo” klubu baş məşqçisi Filipe Luislə yollarını ayırdığını elan etmişdi.
Xatırladaq ki, hazırda “Flamenqo” Braziliya çempionatının turnir cədvəlində üç oyundan sonra dörd xalla 11-ci yerdədir.

DİGƏR XƏBƏRLƏR

Top