İran Silahlı Qüvvələrindən Naxçıvana dron hücumu ilə bağlı açıqlama


İran Silahlı Qüvvələrin Baş Qərargahı Azərbaycan ərazisinə pilotsuz uçuş aparatının buraxılması barədə məlumatı təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
“İran İslam Respublikası bütün ölkələrin, xüsusilə də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşaraq, silahlı qüvvələr tərəfindən Azərbaycan Respublikasına doğru pilotsuz uçuş aparatının buraxılması iddiasını təkzib edir.
Bu cür hərəkətlərin müsəlman ölkələri arasında münasibətləri müxtəlif yollarla pozmaq üçün qondarma sionist rejim tərəfindən həyata keçirildiyi əvvəllər də müşahidə olunub və aparılmış araşdırmalara görə, belə bir addım İran İslam Respublikasını ittiham etmək məqsədilə həmin rejim tərəfindən atılıb”, - Silahlı Qüvvələrin Baş Qərargahının açıqlamasında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top