Naxçıvanda xəsarət alanlardan üçü evə buraxıldı – Yenilənib


İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu zamanı xəsarət alan şəxslərdən üçü evə buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, yaralılardan üçünün vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə göndərilib.
Xəsarət alanlardan birinin – Əsəd Cəfərovun müalicəsi isə xəstəxanada davam etdirilir. Onun həkim nəzarətində olduğu bildirilir.

***14:22
İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə dörd nəfərdən müraciət daxil olub.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.
Onun sözlərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir:
“Onlardan iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top