İran ordusundan Türkiyə səmasında vurulan raketlə bağlı açıqlama


İran silahlı qüvvələri Türkiyə ərazisinə raket atılması barədə məlumatları təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə SNN telekanalı İranın Baş Qərargahına istinadla məlumat yayıb.
“İran İslam Respublikasının Silahlı Qüvvələri qonşu və dost Türkiyənin suverenliyinə hörmətlə yanaşır və bu ölkə ərazisinə raket atılması ilə bağlı hər hansı bir məlumatı təkzib edir”, - telekanal bəyanatdan sitat gətirib.
Xatırladaq ki, ötən gün mətbuatda İrana məxsus ballistik raketin Türkiyə səmasında vurulmasına dair məlumat yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top