
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova saxlanılıb.
Yeniavaz.com DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, onda 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.
“Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz