SEPAH Netanyahunun ofisinə hücum edildiyini açıqladı


İran İsrail Baş naziri Binyamin Netanyahunun ofislərindən birinə hücum edib.
Yeniavaz.com
“Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Həmidrza Müqəddəmfər bildirib.
“Son bir neçə gündə İran İsrail Baş Qərargahının binasına üç dəfə zərbə endirib. Biz həmçinin Netanyahunun ofislərindən birinə hücum etdik”, - İran rəsmisi bildirib.
O, həmçinin, İsrail Baş nazirinin ofisinin bir neçə yüksək vəzifəli əməkdaşının öldürüldüynü qeyd edib.
Digər tərəfdən, “Fars” agentliyi SEPAH-ın İsrail Müdafiə Nazirliyinin binasına və Ben Qurion hava limanına hücum etdiyini bildirib. Hücumda hipersəs raketlərdən və dronlardan istifadə edilib.

DİGƏR XƏBƏRLƏR

Top