İran dost ölkələrdən olan iki gəminin Hörmüz boğazından keçməsinə icazə verib


İran iki gəminin Hörmüz boğazından keçməsinə icazə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İran Hərbi Dəniz Qüvvələrinin sözçüsü məlumat yayıb.
“Müharibənin ilk günündə iki tankeri, ikinci günündə isə ABŞ-nin Hörmüz boğazından keçməyə təşviq etdiyi bir neçə gəmini vurduq. İranın Hörmüz boğazından keçmə qaydalarını pozan gəmilər vurulub. Müharibənin dördüncü günündən bəri Hörmüz boğazından heç bir hərəkət baş verməyib. Üçüncü gün isə dost ölkələrin gəmiləri kimi İranın icazəsi və təsdiqi ilə yalnız iki gəminin keçməsinə icazə verilib”, - “Mehr” xəbər agentliyi onun sözlərini sitat gətirib.

DİGƏR XƏBƏRLƏR

Top