“Necə bir millət olduğumuzu dəfələrlə göstərmişik” − Ərdoğan xəbərdarlıq etdi


“Bölgəmizin çətin günlərdən keçdiyi bir vaxtda işi qətiyyən təsadüfə buraxmırıq. Baş verən bugünkü hadisədə olduğu kimi, NATO üzrə müttəfiqlərimizlə sıx məsləhətləşmələr apararaq bütün zəruri tədbirləri görür və dərhal lazımi müdaxiləni edirik”
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbçilərlə olan iftar yeməyində İrandan atılan ballistik raketin Türkiyə hava məkanında zərərsizləşdirilməsilə bağlı danışarkən deyib. 
Türkiyə lideri çıxışına İrana xəbərdarlıq da edib:
“Bir millət olaraq bu torpaqlarda, əbədi vətənimizdə sülh və əmin-amanlıq içində yaşamaq istəyiriksə, çəkindirmə qabiliyyətlərimizi daim artırmalıyıq. Oxşar hadisələrin bir daha baş verməməsi üçün xəbərdarlıqlarımızı ən aydın şəkildə edirik. Ölkəmizin və millətimizin təhlükəsizliyini təmin etmək iradəmiz və qabiliyyətimiz ən yüksək səviyyədədir. Tariximizdə vətənimiz və bayrağımız təhdid altında olduqda, müstəqilliyimiz və gələcəyimiz təhlükə altında olduqda necə bir millət olduğumuzu dəfələrlə göstərmişik”.

DİGƏR XƏBƏRLƏR

Top