
“ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatlarına görə Nobel Sülh Mükafatı almalıdırlar”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrailin Nyu-Yorkdakı baş konsulu Ofir Akunis "Fox News”a müsahibəsində bildirib.
“Düşünürəm ki, Tramp və Netanyahu Nobel Sülh Mükafatına layiqdirlər”, - Akunis deyib.
O hesab edir ki, hazırkı ABŞ prezidenti və İsrail baş naziri 1979-cu ildə o vaxtkı Misir lideri Ənvər Sadat və İsrailin baş naziri Menahem Beqinə verilən sülh mükafatına bənzər şəkildə bu mükafata layiqdirlər. Onlar qarşılıqlı tanınma və Sinay yarımadasının Misirə qaytarılmasını nəzərdə tutan sülh müqavilələrini imzaladıqlarına görə Nobel Sülh Mükafatını alıblar.
Tətbiqimizi yükləyə bilərsiniz