
“İran diplomatiya yolu ilə ABŞ və İsraillə müharibədən yayınmağa çalışdı, lakin onların hərbi təcavüzü ona özünü müdafiə etməkdən başqa çarə qoymadı”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian qonşu və dost ölkələrin liderlərinə müraciətində deyib.
“Hörmətli dost və qonşu dövlətlərin liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq, lakin Amerika-sionist təcavüzü bizə özümüzü müdafiə etməkdən başqa çarə qoymadı. Biz sizin suverenliyinizə hörmət edirik və regional sülhün region ölkələrinin kollektiv səyləri ilə təmin edilməli olduğuna inanmağa davam edirik”, - prezident sosial şəbəkə hesabında yazıb.
Tətbiqimizi yükləyə bilərsiniz