
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Yeniavaz.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” “Şamaxı” ilə üz-üzə gəlib.
Qarşılaşma Ağdam klubunun qələbəsi ilə bitib, 3:1.
Ev sahibinindən Emmanuel Addai 6 və 61-ci, Leandro Andrade 63-cü dəqiqədə fərqləniblər. Qonaqların qolunu 31-ci dəqiqədə Karim Rossi vurub.
İlk görüşdə “Şamaxı” 2:1 hesabı ilə qalib gəlsə də, “Qarabağ” yarımfinala vəsiqə qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz